Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb


2014-cü ilin avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, çoxillik bitkilərin, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2 faiz ucuzlaşıb.

Statistika Komitəsi bildirir ki, xiyar, qarpız, yonca, lobya, pomidorun qiymətində 25-55 faiz arasında bahalaşma müşahidə olunub.

Avqust ayında yanacaq oduncağı da əvvəlki ayla müqayisədə 6 faiz bahalaşıb.

Amma ay ərzində balıq məhsullarının qiymətlərində heç bir dəyişiklik müşahidə edilməyib.

Bəzi müstəqil iqtisadçı ekspertlər də avqust ayında kənd təsərrüfatı məhsullarının bahalaşdığını bildiriblər. Onlar bahalaşmaya əsas səbəb kimi Qərbin Rusiyaya qoyduğu sanksiyaları göstərirlər. Digər sadalanan səbəblər arasında bəzi fermerlərin aqrotexniki qaydalara əməl etməməyi, suvarma ilə bağlı çətinliklər, yayın quraqlıq keçməsi də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG