Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:28

Prezident qızı deyir ki, anası ona cadu edib - Mətbuat icmalı


Gulnara Karimova Instagram fotolar

Gulnara Karimova Instagram fotolar

-

İslam Karimov qızını susdurmağın yolunu tapdı.

Obama islamçı yaraqlıları dağıtmaqdan danışır, ancaq buna strategiya lazımdır.

NATO sözdə dava edir. Müharibə və siyasət meydanında 3 dəfə uduzub.

Avropa qazdan istifadənin səmərəsini 30 faiz artıra bilər.

Dünya mediası nbu gün nədən yazır?

Guardian qəzeti yazır ki, Özbəkistanın avtokratik lideri öz qızını susdurmağın yolunu tapıb. Gülnara Karimova korrupsiya ittihamları ilə üzləşib. Özbəkistanın hakim ailəsinin ən qalmaqallı üzvü olan Gulnara Karimova mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, mafiyasayağı korrupsiyada ittiham olunur.

Bu yaxınlara qədər iş adamı, dizayner, öz zərgərlik istehsalı olan , Özbəkistanı BMT-də təmsil edən Gulnara Karimova indi uzun müddətə həbsxanaya göndərilə bilər.

Özbəkistan prokurorları Karimovanın aid olduğu mafiya dəstəsini 100 milyon dollarlıq vəsaiti mənimsəməkdə ittiham edir.

Bundan əvvəl yazdığı twitlərdə Gulnara Karimova belə sürətli enişinin səbəbini anasında və bacısında görürdü.

O öz anası Tatyana Karimovanı və kiçik bacısı Lola Karimova-Tillyaevanı günahlandırır ki, onu atasının gözündən salırlar, atasını ona qarşı qaldırırlar.O hətta anasını və bacısını ona cadu eləməkdə ittiham edir.

Karimovanın anası və bacısı isə onun ittihamlarını rədd edirlər.

Karimova artıq 3 ölkədə istintaqla bağlıdır.

Hazırda İsveçrədə formal olaraq istintaqda o, şübhəli qismindədir.

İsveçdə aparılan istintaq da onunla əlaqəlidir.

Karimova son 6 aydır ki, Daşkənddə ev dustağıdır.

Qəzet onu da yazır ki, əgər Özbəkistanda onun məhkəməsi olsa, sıravi özbəklərin ona simpatiyası çox azdır.

Hətta onun haqqında Özbəkistanda olan xarici diplomatlar deyirdilər ki, Gulnara Karimova "ölkənin ən çox nifrət olunan şəxsidir."

DAĞITMAQ ASAN DEYİL

Washington Post qəzeti yazır ki, Obama və köməkçiləri İslam Dövləti yaraqlılarından danışanda indi “dağıtmaq” sözündən istifadə edirlər.

Bu təşkilat İraq və Suriyanın böyük bir hissəsini tutub, indi də İordaniya, Səudiyyə Ərəbistanı və İraq Kürdüstanının sabitliyini poza bilər.

Qəzetin fikrincə, ABŞ –ın bu təşkilatı dağıtmağına tam haqqı var. Ancaq qəzetin fikrincə, problem tamam başqa məsələdədir.

Əgər Amerika dağıtmaq istəyirsə, onda gərək məqsəd qoyula, strategiya müəyyən oluna. Qəzetin fikrincə, Obama isə adətən başqa cür hərəkət edir. O hərbi münaqişəyə cədvəllə müəyyən olunan hərəkət kimi baxır. Əgər cədvəllə, məsələn, qoşun çıxmalıdırsa, onda həmin vaxt Obama qoşunu çıxardır, onların qarşıya qoyuilan vəzifəni yerinə yetirib-yetirməməsinə fikir verilmir.

ÇEXLƏR VƏ SLOVAKLAR BİRLİKDƏ OLANDA YAXŞI İDİ

Sentyabrın 18-də Şotlandiyada referendum yaxınlaşır. Şotlandlar müstəqil olub-olmamağa səs verməlidirlər. Guardian qəzeti bununl bağlı yazır ki, çexlər və slovaklar vaxtilə bir yerdə olanda onlar üçün daha yaxşı idi.

21 il əvvəl onlar “məxməri boşandılar”. Çexoslovakiyanın yerində Slovakiya və Çexiya yarandı.

Qəzet Çexiya barədə yazır ki, ayrılandan sonra Almaniya sənayesinə və ixrcına birləşən Çexiya iqtisadi cəhətdən yaxşıdır. Ölkə varlanır, hərçənd korrupsiya güclüdür.

Ancaq ayrılandan sonra çex millətçiliyi, ksenofobiya, populizm gücləndi, çexlər daha əvvəlki tərəfdaşlarla və milli azlıqlarla – slovaklarla, almanlarla, yəhudilərlə, polyaklarla və macarlarla eyni taleni bölüşmürlər. Çexiyadakı romalılar “başqaları”na çevrildilər.

NATO SÖZDƏ DAVA EDİR

World Politics Review yazır ki, NATO sözdə davam edir, müharibə vvə siyasət meydanında isə son zamanlar 3 məğlubiyyətə uğrayıb.

Birincisi Əfqanıstandır. Burda NATO sabitlik yaratmaqda tükəndi.

İkinci məğlubiyyət Suriyadır. Burda NATO Bashar Assadi hakimiyyətdən uzaqlaşdıra bimədi.

3-cü məğlubiyyət isə Ukraynadır. Burda NATO Rusiyanın Ukraynanın sabitliyini poozmağının qabağını ala bilmədi. Dərgi hesab edir ki, NATO geri gedir, Uelsdəki son sammit NATO-nu dirçəltmək istəyir, ancaq bu son 3 məğlubiyyətdən özünə gəlib, dirçəlməyə vaxt laımdır.

QAZI AZ İŞLƏDİN

Guardian qəzeti yazır ki, Avropanın Rusiya qazından asılılığını azaltmaq olar. Bunun üçün enerjidən istifadənin səmərəsini artırmaq lazımdır. Avropa işlətdiyi qazın 30 faizini Rusiyadan alır. Bunun da yarısı Ukraynadan gəlir. Ona görə Ukrayna böhranı həll olunmasa Avropa soyuq qışdan narhatdır.

Avropa qorxur ki, 2006-cı və 2009-cu illərdəki kimi Rusiya Ukraynaya qaz kranını bağlaya.

Ancaq Britaniyanın keçmişı ətraf mühit və enerji təhlükədizliyi səfiri Morisetti deyir ki, enerji təhlükəsizliyinə nail olmağın “ən tez və ən effektiv yolu enerjidən istifadəni azaltmaqdır”.

Bu isə mümkündür. Morisettinin sözlərinə görə, “Avropa liderləri 2030-cu ilə enerjidən istifadənin səmərəsini 30 faiz artırmağı artıq müzakirə edirlər. Tədiqqatlar isə göstərir ki, enerjidən istifadənin səmərəsini hətta 40 faiz artırmaq olar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG