Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:30

Sentyabr Şəkidə teatr ayı olacaq


Teatr logosu
Teatr logosu

-

Sentyabrın 10-da Şəkidə Azərbaycan milli peşəkar teatrının növbəti, 142-ci teatr mövsümünün təntənəli açılış mərasimi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, ertəsi gün--sentyabrın 11-dən Şəkidə I Beynəlxalq Teatr Festivalı öz işinə başlayacaq.

Sentyabrın 19-da görkəmli gülüş ustası, xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi və büstünün açılışı planlaşdırılır.

Şəki Teatrının foyesində həmin günlər milli peşəkar teatrın 142 illiyinə və Lütfəli Abdullayevin yaradıcılq yoluna həsr edilmiş sərgilər, teatr rəssamlarının sərgisi nümayiş olunacaq.

Festival çərçivəsində ölkənin 12 teatrı 12 tamaşa ilə çıxış edəcək.

Festivalda Kalmıkiya Milli Dram Teatrının və Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının kollektivləri də iştirak edəcəklər.

Tamaşalar iki məkanda - Şəki Dövlət Dram Teatrında və Şəkidəki "Amfiteatr"da oynanılacaq.

Şəki Beynəlxalq Teatr Festivalının iki ildən bir keçirilməsi planlaşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG