Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

Fərhad Əliyevin yaxınlarının mənzillərinə həbs qoyulub


Üzərində həbs olan 70-dən çox obyektdən konkret hansıların sabiq nazirə məxsus olduğu barədə məlumat verilmir

Üzərində həbs olan 70-dən çox obyektdən konkret hansıların sabiq nazirə məxsus olduğu barədə məlumat verilmir

«Hazırda həbsdə olan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə bağlı üzərinə həbs qoyulan obyektlərin hamısı onun məişət və yaşayışı ilə bağlı olan binalardır». Bunu sentyabrın 29-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, cənab Əliyevin anasının, qardaşlarının və həyat yoldaşının adına olan mənzil və həmçinin oğlunun adına sənədləşdirilən bağ evinə məhkəmə qərarları ilə həbs qoyulub. Sabiq nazirə bağlı qeyri-yaşayış obyektlərinə gəldikdə isə, Arif Qaraşov deyib ki, bu cür obyektlərin təsisçiləri barədə hər hansı məlumata malik deyil. Ona görə də indi ölkədə üzərində həbs olan 70-dən çox obyektdən konkret hansıların sabiq nazirə məxsus olduğu barədə xəbəri yoxdur. Bu cür daşınmaz əmlakların hamısı ayrı-ayrı hüquqi şəxslərin adına sənədləşdirilib.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev ötən ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə təqsirləndirilərək həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG