Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:30

-

Rusiyanın müstəqil «Qolos» («Səs») seçki hüquqları qrupunun rəhbəri bildirir ki, Moskva Şəhər Məhkəməsi bu qurumun «xarici agent» kimi qeydiyyata alınması qərarını ləğv edib.

Grigori Melkonyants sentyabrın 9-da deyib ki, Rusiya İnsan Haqları Komissarı Ella Pamfilova-nın müraciətini qəbul edib. Məhkəmədən xahiş olunub ki, «Qolos»un «xarici agent» adlandırılmasına dair iyun qərarına yenidən baxsın.

Melkonyants qərarın sentyabrın 8-də verildiyini deyib. Qurumun xarici agent kimi qeydiyyatdan keçməməyə görə qoyulan cərimə də geri qaytarılacaq.

Ədliyyə Nazirliyi «Qolos»un xarici maliyyə aldığını əsas gətirərək onu xarici agentlər siyahısına salıb. «Qolos» 2000-ci ildə Rusiya vətəndaşlarının seçki hüquqlarının qorunması məqsədilə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG