Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

İran prezidenti Hasan Rohani Qazaxıstanda rəsmi səfərdədir. Onun sentyabrın 9-da prezident Nursultan Nazarbaev-lə görüşü gözlənir. Görüşdə regionda təhlükəsizlik, Xəzərin statusu, iki ölkə arasında ticarətin genişləndirilməsi müzakirə olunub. Bu ayın sonunda Rusiyada xəzəryanı dövlətlərin liderləri görüşəcək. Bundan başqa Qazaxıstan, İran və Türkmənistan onları birləşdirəcək dəmiryol xətti çəkməyə hazırlaşır.

Bu, Rohani-nin Qazaxıstana və Orta Asiyaya ilk səfəridir. O, Tacikistana da gedəcək. Burada bu həftənin sonunda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

İran bu qrupda müşahidəçidir. Quruma Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG