Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:11

Barack Obama İraqı təbrik edib


Barack Obama
Barack Obama

-

ABŞ prezidenti Barack Obama İraqı yeni hökumətin təsdiqlənməsi münasibətilə təbrik edib və İslam Dövləti yaraqlılarına qarşı sıx əməkdaşlığa çağırıb.

Ağ Ev bildirib ki, Obama baş nazir Haider al-Abadi-yə zəng vuraraq onu və İraq xalqını sentyabrın 8-də yeni hökumətin təsdiqlənməsi münasibətilə təbrik edib.

«Prezident baş nazir Abadi və digər İraq liderlərinin yeni, geniş əsaslı hökumət yaratmaq cəhdlərini alqışlayıb. O, Birləşmiş Ştatlar və İraqın İraq və Şam İslam Dövlətinin (İŞİD) yaratdığı hədəyə qarşı beynəlxalq ictimaiyyətlə yaxından işləməsinin vacibliyini vurğulayıb», Ağ Evin bəyanatında deyilir.

Bəyanata görə, «İraqın bu vahid düşmənə qarşı mübarizə qabiliyyətini artırmaq üçün İraqın bütün icmaları, eləcə də regional və beynəlxalq tərəfdaşlarla işləməyə sadiqliyini bildirib».

Bəyanatda deyilir ki, liderlər hökumətin «İraq xalqının istəklərini və qanuni narazılıqlarını həll etmək üçün tezliklə konkret addımlar atmasına» razılaşıblar.

XS
SM
MD
LG