Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:30

-

Vəkil Fariz Namazlı sentyabrın 8-də Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla görüşüb. Vəkilin sözlərinə görə, Leyla Yunus deyib ki, şənbə günü onunla bir kamerada saxlanılan, əvvəllər dəfələrlə məhkum olunmuş Nuriyyə Hüseynova heç bir əsas olmadan Leyla Yunusa qarşı hücuma keçib, ona hədə qorxu gəlib, onu nalayiq sözlərlə təhqir edib, əlinə keçən əşyaları Leyla Yunusa atıb. Leyla Yunus kameranın qapısını döyərək köməyə adam çağırıb, 5 dəqiqə sonra kameranın qapısı açılıb, nə baş verdiyi soruşulub. Leyla Yunus ona hücum edildiyini bildirib, rəhbərliklə görüşməyi tələb edib, lakin təcridxana əməkdaşları ona məhəl qoymayıblar. 15 dəqiqə sonra yenidən əməkdaşlar kameranın qapısını açıb və Leyla Yunusa 1-ci gün rəhbərlik tərəfindən qəbul ediləcəyini bildiriblər. Bu müddət ərzində də Nuriyyə Hüseynova ona qarşı təzyiqlərini davam etdirib, kamera qapısı açılanda isə o sakit dayanır, qapı bağlanan kimi öz hərəkətlərinə davam edirdi.

Leyla Yunusu 3 mayor qəbul edib, 3 səhifəlik izahat yazıb, Nuriyyə Hüseynovanın ona qarşı fiziki və mənəvi təzyiqlər etdiyini bildirib, halı pis olduğuna görə dərman istəyib, lakin ona dərman verilməyib.

Ertəsi gün Leyla Yunusa bildiriblər ki, o, kameranın qapısını əsassız yerə döydüyünə, içəridə səs-küy saldığına görə ona töhmət verilib və qərara imza atmalı olduğunu tələb ediblər. Leyla Yunus ona töhmət verilməsinə etirazını bildirib, özünün hücuma məruz qaldığını və buna görə kameranın qapısını döyərək köməyə adam çağırdığını bildirib və qərara imza atmaqdan imtina edib.

Penitensiar xidmətdən hələlik şərh almaq mümkün olmayıb.

Leyla Yunus Cinayət Məcəlləsininin «dövlətə xəyanət», «vergidən yayınma» və s. Maddələrlə ittiham irəli sürülüb. O, bu ittihamları qəbul etmir. L.Yunus vicdan məhbusu kimi tanınıb. /Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG