Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:24

-

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki ABŞ vətəndaşı Səid Nurinin Bakıdan buraxılmamasına dair sualı cavablandırıb:

– ABŞ vətəndaşı Səid Nurinin Azərbaycandan çıxması qadağan olunub. Dövlət Departamenti bu saxlanma ilə bağlı səfirə hər hansı etiraz bildiribmi?

– Səfirlik və Departament rəsmiləri bu məsələyə görə Bakıda və Vaşinqtonda Azərbaycan rəsmiləri ilə əlaqə saxlayıblar və bu işi davam etdirəcəklər. Anladığımız qədərilə, cənab Nurinin ölkədən çıxması qadağan olunub. Biz Azərbaycan hakimiyyətini cənab Nurini tam izahatla təmin etməyə çağırırıq və işi yaxından izləyirik. Onunla daimi əlaqə saxlayırıq və bütün mümkün konsulluq xidməti ilə təmin edirik. Konsulluq əməkdaşımız bir neçə gün əvvəl, sentyabrın 5-də onunla görüşüb.

Baş Prokurorluq sentyabrın 5-də yaydığı açıqlamada bildirib ki, gənc fəal Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır.

Sentyabrın 4-də Heydər Əliyev Hava Limanından Ukraynaya getmək istəyən Səid Nurini təyyarəyə buraxılmayıb. O, daha sonra Baş Prokurorluqda QHT-lərə açılan cinayət işi ilə bağlı şahid qismində ifadə verib.

Səid Nuri «Yeni Fikir» Gənclər Birliyinin üzvü olub. Təşkilatın rəhbəri Ruslan Bəşirli 2005-ci ildə Cinayət Məcəlləsinin 278-ci maddəsi (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılıb və 7 il həbsə məhkum olunub. Bu işdə adı keçən Səid Nuri şərti azadlıqdan məhrum edilib, az sonra mühacirətə yollanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG