Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:08

Niderland ekspertləri təyyarə qəzasına dair ilkin hesabatı açıqlayır


Qəzaya uğrayan Malayziya sərnişin təyyarəsi

Qəzaya uğrayan Malayziya sərnişin təyyarəsi

Malayziya sərnişin təyyarəsinin Ukraynanın şərqində qəzaya uğramasının səbəblərini araşdıran Niderland aviasiya ekspertləri sentyabrın 9-da ilkin nəticələri açıqlayacaq.

Beynəlxalq təhqiqata rəhbərlik edən Niderland Təhlükəsizlik Şurası Bakı vaxtıyla saat 1-də vebsaytında ilkin hesabatı yerləşdirəcək.

İyulun 17-də baş vermiş qəzada MH17-də olan 298 sərnişin həlak olub. Onlardan 190 nəfərdən çoxu Niderland vətəndaşı idi.

Qərb hökumətləri kəşfiyyat mənbələrinə əsasən bildirirlər ki, hökumət qüvvələri ilə döyüşən rusiyayönlü separatçılar təyyarəni yer-hava tipli Buk raketi ilə vurublar. Rusiya və separatçılar bunu rədd edir və qəzaya görə Ukraynanı günahlandırır.

Təhlükəsizlik Şurasının sözçüsü Sara Vernooij deyib ki, şura qəzanın səbəbini araşdırır, «kimin məsuliyyət daşıdığını deyil». Onun sözlərinə görə, niderlandlı təhqiqatçılar Ukraynanın Donetsk regionundakı qəza ərazisinə gedə bilməsə də, nəticələr çıxarmaq mümkün olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG