Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:23

Bakıda «Şərq Tərəfdaşlığı» ölkələrinin nazirləri görüşür


Arxiv foto

Arxiv foto

-

Sentyabrın 9-da Bakıda Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü başlayıb. İclasda tərəfdaş ölkələr arasında uzunmüddətli əməkdaşlığın perespektivləri müzakirə ediləcək.

Görüşdə nazirlərlə yanaşı Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Štefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helga Schmid iştirak edir.

Füle deyib ki, tərəfdaş dövlətin hər birinin ərazi bütövlüyü və suverenliyi AB üçün önəmlidir. AB üçün enerji təhlükəsizliyi də maraqlıdır. Biz enerji məsələsində Ukraynaya kömək etməliyik.

Qeyri-rəsmi görüşdə məqsəd Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan daxildir. Ermənistan Bakı görüşünə qatılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG