Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:53

Abdullah seçkinin nəticəsini qəbul etməyəcəyini deyir


Abdullah Abdullah
Abdullah Abdullah

-

Birləşmiş Ştatlar Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah-ı bülletenlərin sayılmasına hörmətlə yanaşmağa çağırıb. Dövlət Departamentinin sözçüsü Jen Psaki sentyabrın 8-də deyib ki, «Dr. Abdullah dəfələrlə konstitusiyaya əməl edəcəyini bildirib».

Bu bəyanatdan öncə, sentyabrın 8-də Abdullah deyib ki, 14 iyun seçkisinin nəticələrini qəbul etməyəcək və rəqibi ilə milli birlik hökumətinə razılaşmaq cəhdləri dalana dirənib.

«Təəssüf ki, səslərin sayılması prosesi qanuniliyini itirib. Biz saxta seçki nəticələrini və saxta hökuməti qəbul etməyəcəyik», Abdullah Kabildə milli televiziya ilə yayımlanan mətbuat konfransında bildirib.

Bülletenlərin auditinin yekun nəticəsi bu həftənin sonunda elan olunmalıdır.

XS
SM
MD
LG