Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:06

AB Rusiyaya daha çox sanksiyanı rəsmən qəbul edir


Avropa Şurasının prezidenti Herman Van Rompuy

Avropa Şurasının prezidenti Herman Van Rompuy

-

Avropa Şurasının prezidenti Van Rompuy deyir ki, Avropa Birliyi Ukraynaya görə Rusiyaya yeni sanksiyaları rəsmən qəbul edib və bu sanksiyalar bir neçə günə qüvvəyə minəcək. Van Rompuy yaydığı bəyanatda bildirir ki, iyulda elan olunan tədbirləri dərinləşdirən sanksiyalar paketi yazılı prosedurla qəbul olunub.

Sentyabrın 8-də AB yeni sanksiyaların qüvvəyə minməsi prosedurunu ertələyib, AB səfirlərinin məsələyə dair yeni görüş keçirməsinə şərait yaradıb. Van Rompuy-un bəyanatında deyilir ki, yeni tədbirlər AB-nin rəsmi jurnalında dərc olunandan sonra, «növbəti bir neçə günə qüvvəyə minəcək». Bu da sentyabrın 5-də Kiyevlə moskvayönlü separatçılar arasında əldə olunmuş atəşkəs sazişinin yerinə yetirilməsini dəyərləndirməyə şərait yaradacaq.

AB diplomatlarının sözlərinə görə, təklif olunan sanksiyalara kreditlərə və AB ölkələrindən Rusiyanın böyük enerji şirkətlərinə maliyyəyə qadağa daxildir. Bu şirkətlər sırasında Rosneft, Transneft, və Gazprom Neft var.

Günün bütün mövzuları

XS
SM
MD
LG