Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

AMİP-in etiraz aksiyasının qarşısı alındı


Aksiya iştirakçıları qətnamələrini İranın Bakıdakı səfirliyinə təqdim edə bildilər

Aksiya iştirakçıları qətnamələrini İranın Bakıdakı səfirliyinə təqdim edə bildilər

Sentyabrın 29-da Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında piket keçirdi. Aksiya iştirakçıları bu ölkədə azərbaycanlılarının təhsil hüquqlarının pozulmasına etiraz etdiklərini deyir, «Ana dilində təhsil» şüarları səsləndirirdilər. Aksiyaya Bakı şəhər İcra Hakimiyyəti razılıq vermədiyindən polis tədbirin qarşısını aldı və iştirakçılardan 8 nəfəri saxlanıldı.


Polisin maneələrinə baxmayaraq aksiya iştirakçıları qətnamələrini də İranın Bakıdakı səfirliyinə təqdim etdilər. Həmin qətnamədə də bildirilir ki, İran hakimiyyəti bu ölkədə yaşayan azərbaycanlıların ana dilində təhsil almalarına şərait yaratmalı, ayrı-seçkilik siyasətinə son qoymalı, həbs olunanlar azadlığa buraxılmalı, insan hüquqları təmin edilməlidir.


AMİP-in bir qrup üzvü sentyabrın 22-də İranda Azərbaycan məktəblərinin açılması, eləcə də bir müddət əvvəl Təbrizdə, Urmiyada və digər şəhərlərdə baş verən aksiyalarda həbs edilən azərbaycanlıların azadlığa buraxılması tələbi ilə bu ölkənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd etmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG