Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18

Özbəkistanda prezident İslam Karimovun böyük qızı Gulnara Karimova haqda cinayət işi açılıb.

Baş prokurorluğun bəyanatında Gulnara Karimovanın adı cinayətkar dəstənin üzvü kimi çəkilir.

Bəynatda deyilir ki, mütəşəkkil cinayətkar qrupla bağlı ilkin istintaq başa çatıb.

Gulnara Karimovanın biznes strukturlarının üzvləri olan Rustam Madumarov, Qayane Avakyan, Nurmuxamed Sodikov və başqalarının daxil olduğu qrup dövlətə 257 milyard som, yəni təxminən 110 milyon dollar ziyan vurmaqda ittiham olunur.

Baş prokurorluğun bəyanatında deyilir ki, onlar “Özbəkistan hava yolları”, “Coca Cola İçimliyi Özbəkistan ltd” kimi şirkətlərin aktivlərinin qiymətini aşağı salmaqla dəyər-dəyməzinə alıblar.

Bəyanata görə, cinayətkar dəstənin başqa üzvləri ilə bağlı ayrıca cinayət işi açılıb. Bunlar arasında Gulnara Karimovanın da adı çəkilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG