Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:24

Avropa Birliyinin sanksiyalar siyahısına Qazprom, Rostneft və Transneft də salınıb


Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar siyahısına Rusiyanın neft şirkətləri – Rosneft, Transneft və qaz nəhəngi Qazprom daxil edilib.

Bu şirkətlərin Avropanın maliyyə bazarlarına yolu bağlanacaq.

Bunu sankiyalarla tanış olan diplomatik mənbə Frans Pressə deyib.

Onun sözlərinə görə, hər 3 şirkətdə Rusiya dövlətinin payı 50 faizdən çoxdur. Ona görə, Avropa Birliyi rəsmilıəri bu şirkətlərin sanksiya siyahısına salınmasına razı olublar.

Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalarında Avropa Birliyi banklarından borc alan Rusiya şirkətlərinə 90 günlük borcların müddətinin daha da qısaldılması və yalnız 30 günlük borcların verilməsi nəzərdə tutulur.

Avropa Birliyinin sankiya qoyduğu fərdlərin də siyahısı genişlənəcək. Avropa Birliyi rəhbərləri siyahıya Rusiya “oliqarxlarının və qərar verənlərinin” daxil ediləcəyini bildirirlər.

Yeni sankiyalar çərşənbə axşamı- sentyabrın 9-da Avropa Birliyinin rəsmi jurnalında çap olunandan sonra qüvvəyə minəcək.

XS
SM
MD
LG