Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46

Türkiyədə Beşiktaş klubunun 35 azarkeşinə prokurorlar ömürlük həbs cəzası istəyir.

Futbol azarkeşləri islamçı hökuməti yıxmaq cəhdində ittiham olunurlar. Bunu Frans Press Türkiyə mediasının sentyabrın 8-də yazdıqlarına istinadla xəbər verir.

Beşiktaş azarkeşlərinin klubu olan Çarşı keçən il İstanbulun Gezi parkının qorunmasında və burda hökumət əleyhinə nümayişlərdə əsas rol oynayıb. Həmin etrazlar sonradan bütün ölkə boyu hökumət əleyhinə etirazlra çevrildi. Etiazlarda 8 adam öldü. 8 min adam yaralandı.

Etirazlarda Çarşı fan klubunun başçıları tutuldu.

Milliyət qəzetinin yazdığına görə, onların hamısına prokurorlar ömürlük həbs cəzası istəyir.

Onlar silahlı təşkilat yaratmaqda və hökumət əleyhinə nümayişləri qızışdırmaqda ittiham edirlər.

Türkiyənin ən qocaman futbol klubu olan Beşiktaş 1903-cü ildə yaradılıb. Onun azarkeşləri ifrat solçudurlar. Azarkeşlərin köynəklərində “A” hərbi qırmızı çevrəyə alınıb, bu da anarxist simvoludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG