Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:24

Dalay Lama: «Putin elə «mənəm, mənəm» deyir»


-

Şotlandlar Britaniyadan ayrılacaq yoxsa yox?

Putin Ukraynadan nə istəyir?

Harvard universitetinin 378 illik tarixində ona hələ heç kim bu qədər pul verməyib – 350 milyon dollar.

İraqda yenə müharibə olacaq. Ancaq başqa ad altında.

Dünya mediası bu gün nədən yazır?

Britaniyanın keçmiş baş naziri Gordon Brown New York Times qəzetində yazır ki, sentyabrın 18-də Şotlandiyada referendum keçiriləcək. Şotlandlar bir suala cavab verməlidirlər: Şotlandiya müstəqiıl dövlət olsunmu?

Son sorğulara görə, cavab “yox” olacaq. Britaniyada qalmağın lehinə olanlar 53 faiz, müstəqillik tərəfgdarları 47 faizdir.

Ancaq Gordon Brown hesab edir ki, hətta şotlandlar “yox” desələr belə, bu müstəqilliik sualının ortaya çıxması vacibdir.

Qlobal bazarlar, McDonald’s, Twitter dövründə də millətçilik yox olmayıb. Əksinə, belə bir ideya yaşayır ki, kiçik olmaq daha yaxşıdır. Şotlandiyadan tutmuş Kataloniyaya, Flandriyaya qədər bir çoxları ayrılmaq istəyir.

Gordon Brown yazır ki, Britaniya heç vaxt etnik yekcins polmayıb. Burda yaşaynları Amerika və Fransadakı kimi ideyalar da birləşdirməyib. Məsələn, Amerikada azadlıq və imkanlar ideyaları var, Fransada azadlıq, bərabərlik ideyaları insanları birləşdirir. Britaniya həmişə praqmatik olub.

Bütün bunlarla yanaşı keçmiş baş nazir hesab edir ki, Britaniya ümumi dəyərlər uğrunda, rifah uğrunda birgə işləməyə çox yaxşı zəmindir.

Britaniya rifahda böyük uğur qazanıb.

Müstəqil olmaq isə hələ varlanmaq demək deyil. Bolqarıstan Avropa Birliyinin üzvüdür.

Bolqarıstanda orta gəlir Lüksemburqdakı orta gəlirdən 11 dəfə azdır.

Gordon Brown sonda yazır ki, Britaniya Birliyi şotlandların özlərini reallaşdırması üçün ən yaxşı platformadır.

MÜHARİBƏ, ANCAQ BAŞQA ADLA

Wall Street Journal qəzeti yazır ki, Obama İraqda islamçı yaraqlılarla ABŞ-ın necə mübarizə aparacağından danışanda “müharibə” sözündən qaçır.

Çünki Obama 2008-ci ildə seçki kampaniysını İraqda müharbəyə son qoymaq vədi ilə aparıb. 2012-ci ildə də o deyirdi ki, İraqda müharibə təhlükəsi qalmayıb, ona görə qoşunları çıxarmaq lazımdır.

Obama indi NBC-yə deyir ki, Amerikanın İraqdakı hərbi əməliyyatı yeni İraq müharibəsi olmayacaq.

Ancaq qəzet hesab edir ki, bu elə həmin müharibə olacaq. Sadəcə olaraq başqa ad altında.

Çünki havadan zərbələrlə İraq İslam Dövləti yaraqlılarını məğlub etmək olmaycaq. Mütlıq quru qoşunları göndərmək lazımdır.

DALAY LAMA PUTİN HAQQINDA

Daily Telegraph qəzeti yazır ki, Dalay Lama Vladimir Putini kəskin tənqid edib. O deyib ki, Putin özünə qapanıb, elə “Mən, Mən, Mən deyir”. Almaniyanın Welt am Sonntag qəzetinə müsahibə verən Dalay Lama deyir ki, “Putin belə görünür ki, Berlin divarını yenidən tikmək istəyir”.

Dalay Lamanın fikrincə, təcrid olunma Rusiya üçün intihardır.

Daily Telegraph yazır ki. Dalay Lamanın Rusiya və Çini müqayisə edərək üstünlüyü Çinə verməsi isə gözlənilməz olub. Çünki Çin Tibeti 1950-ci ildə tutub, o vaxtdan Dalay Lama sürgün həyatı yaşayır.

Dalay Lama deyir ki, Çin dünya siyasi sisteminin bir hissəsi olmaq istəyir və dünyadakı qaydaları uzun müddətə qəbul etməyə hazırdır. Müasir dünyanın dəstəyi ilə Çin demokratik ölkəyə çevrilir.

Dalay Lama bildirir ki, o, bunları Putin və Rusiya haqda deyə bilməz.

HARVARDA 350 MİLYON DOLLAR İANƏ

Harvard universitetinin 378 illik tarixində bu universitetə ən çox birdəfəlik ianə verilib. Universitet məzunu olan Honq Konqlu Gerald Chan Harvard Universitetinin İctimai Səhiyyə Məktəbinə 350 milyon dollar verib. Wall Street Journal qəzeti yazır ki, Moody İnvestor xidməti 208 özəl universitetin aldığı ianələri araşdıraraq bu nəticəyə gəlib ki, varlı universitetlərə ianələr nisbətən pulu az olan universutetlərə ianələrdən qat-qat çoxdur.

Nağd pulu və ona qoyulan investisiyaları 1 milyarddan çox olan universitetlər 2013-cü ildə bütün universitetlərə ianələrin 67 faizini alıəb.

Chanın 63 yaşı var, Honq Konqda anadan olub. 1970-ci illərdə Harvardı bitirib və radiofizika, radiobiologiya ixtisasları üzrə təhsil alıb. 1984-cü ildə Morningside Group investisiya şirkətini yaradıb.

RUSİYANIN İSTƏDİYİ NƏDİR?

New York Times qəzeti yazır ki, Rusiya və Ukrayna aralarındakı etimad boşluğunu doldurmalıdırlar.

Rusiyanın və Ukraynanın mövqeləri haqda qəzet bildirir ki, Rusiya Ukraynada yeni isyasi sistem istəyir: regionlara geniş muxtariyyət verməklə, Ukraynanın federal dövlətə çevrilməsi, bunun yeni konstitusiyada yazılması və Ukranyanın NATO məsələsində neytrallığı.

Ukraynanın istədiyi isə güclü mərkəzi hökumətdir, regionlara büdcə səlahiyyətlərinin genişləndirilməsi və yerli qubernatorların rolunun azaldılması. Kiyev bununla Moskvaya loyal olan qubernatorların nüfuzunu azaltmaq istəyir.

Rusiya ilə Ukraynanın istədiklərində fərq böyükdür. Bu fərq necə aradan qaldırılacaq? ABŞ-ın Atlantika Şurası adlı beyin mərkəzində Ukrayna üzrə ekspert olan Adrian Karatnitski deyir ki, Ukraynada Rusiyanın təklif elədikləri ilə razılşa bilən bir nəfər də olsun yüksək vəzifəli rəsmi yoxdur.

Siyasi şərhçi Baunovun da fikrincə, Putinin məqsədi Ukraynanın federasiyaya çevrilməsidir, Ukrayna daxilində muxtar regionun yaradılmasıdır. Putin bu regiona nüfuzu vasitəsilə bütün Ukraynanı cilovda saxlamaq istəyir, Ukraynanın qərbə doğru sürətli hərəkət edə bilməməsinə nail olmaq istəyir.

Bütün bunlarla Ukraynada heç kim razılşmaq istəmir.

Beynəlxalq strateji Araşdırmalar Mərkəzinin eksperti Charap deyir ki, Putin nə istəyir? Və Ukrayna üçün nə yaxşıdır? - bunlar fərqli məsələlərdir. Charapın fikrincə, Ukrayna özünə sərf edən qədər mərkəzsizləşdirməyə getsə, bu, Putini qane edəcəkmi? – bu da bilinmir.

Qəzet Ukrayna ziyalılarının bir fikrini sitat gətirir ki, Ukrayna üçün ən yaxşısı Avropaya yaxınlaşma, korrupsiya ilə mübarizə və Rusiyanın nüfuzundan uzaqlaşmaqdır. Ukraynada həyat səviyyəsi qalxdıqca, onda Donbassın özü vahid, Avropa Ukraynasından uzaq düşmək istəməyəcək.

XS
SM
MD
LG