Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:19

-

Sentyabrın 21-dən 25-dək Moskvada keçiriləcək beynəlxalq kinoforumda Azərbaycanı Şamil Əliyevin ekranlaşdırdığı «Çölçü» filmi təmsil edəcək.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

Hər il təşkil olunan bu kinoforum əsasən qonşu ölkələrin filmlərinin nümayişinə üstünlük verir.

Builki kinoforum isə MDB və Baltikyanı ölkələrin kinematoqrafiyasına həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» kinostudiyasında lentə alınmış «Çölçü» filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirovİbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və b. çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

«Çölçü» bədii filmi 21 beynəlxalq kinofestival və forumlarda iştirak edib, mükafat və diplomlara layiq görülüb.

2013-cü ilin «Humay» Milli Mükafatına layiq görülüb, 86-cı «Oscar» mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG