Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

Azərbaycan Mərkəzi Bankının ölkənin kommersiya banklarına məcmu kapitallarını 50 milyon manata çatdırmaqla bağlı verdiyi möhlət 4 aydan sonra başa çatır. Fins.az-ın məlumatına görə, ölkədəki 8 bank hələ də bu tələbi yerinə yetirə bilməyib. Vəziyyət belə davam etsə, həmin banklar ya birləşməli, ya da fəaliyyətlərini bank olmayan kredit təşkilatı (BOKT) kimi davam etdirməli olacaqlar. Amma kapitalı az olan banklar bildirirlər ki, ilin sonunadək tələb olunan məbləği toplaya biləcəklər.

Nizamnamə kapitalı 50 milyon manatdan aşağı olanlar «Azərbaycan Kredit Bankı», «Azər-Türk Bank», «Yunayted Kredit Bank», «Parabank», «Günaybank», «Atrabank», «Dekabank»dır. Bu banklar maliyyə bazarını tərk etmək niyyətində olmadıqlarını açıqlayıblar.

Bankların bəzisi öz gücünə nizamnamə kapitalını artıracaq, bəzisi səhmlərini satacaq, digərləri də əlavə investor cəlb edəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG