Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:21

Separatçılar Kiyevi əsir dəyişdirilməsini pozmaqda günahlandırır


Donetskdə rusiyayönlü separatçılar
Donetskdə rusiyayönlü separatçılar

-

Ukraynanın cənub-şərqində mindən çox hərbçini girov götürmüş separatçılar əsirləri dəyişməkdən imtina edir. Səbəb hələ də Kiyevin onların dəyişdiriləcəyi şəxslərin siyahısını təqdim etməməsidir. Bu barədə RİA-Novosti agentliyinə özünü «Donetsk Xalq Respublikası» («DNR») adlandıran qurumun təhlükəsizlik naziri bildirib.

Ukrayna hakimiyyəti əsirliyində 300 separatçının olduğunu deyir. «DNR» isə bildirir ki, sayı mindən az olmayan itkin şəxslər əslində hakimiyyət tərəfindən saxlanıb. Kiyev isə «separatçılıq» da daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunan bu şəxslərin Donbassa aidiyyatı olmadığını deyir.

Atəşkəs elan olunandan bir gün sonra, sentyabrın 6-da DNR rəhbərliyi bildirib ki, əsir hərbçilər həmin gün, Kiyev isə separatçıları sentyabrın 8-də buraxacaq. Ancaq bu gün səhər əsir mübadiləsi baş tutmayıb.

Ötən gecə media xəbər yayıb ki, əsirlikdən Dnepropetrovska ilk 15 əsgər qayıdıb, onlardan ikisi yaralı olub.

XS
SM
MD
LG