Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

İran nüvə zavodunda «təxribata» görə ukraynalının saxlandığı bildirilir


Bushehr nüvə enerjisi zavodu

Bushehr nüvə enerjisi zavodu

İran qəzeti bildirir ki, Bushehr nüvə enerjisi zavodunda təxribatda şübhəli bilinən ukraynalı saxlanıb. «Hamshahri» qəzetinin sentyabrın 7-də yazdığına görə, «ukraynalı ekspertin» Bushehr zavodunda işləyən rus podratçısı ilə bağlılığı olub. Yazıda iddia olunan təxribatın vaxtı və mahiyyəti açıqlanmayıb.

İran Birləşmiş Ştatları və İsraili nüvə proqramına qarşı təxribat törətməyə çalışmaqda ittiham edir. Tehran proqramının tamamilə dinc məqsədlə olduğunu bildirir.

Qərb dövlətləri və İsrail İranın gizlicə nüvə silahlı hazırlamağa çalışmasından şübhələnir.

Günün bütün mövzuları

XS
SM
MD
LG