Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

Təhsil Nazirliyi 2014-2015-ci tədris ili üçün 271 adda dərslik çap edib.

Nazirliyin informasiya şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, dərslik və müəllim üçün metodik vəsait 8 milyon nüsxə nəşr olunub.

Nazirlik bildirir ki, II və III sinif dərslik komplektləri Tələbə Qəbulu Dövlət Komissiyasının rəyləri nəzərə alınmaqla yenidən işlənilib.

VII sinif dərslik komplektləri isə kurikulum əsasında ilk dəfə hazırlanıb.

UCQAR KƏNDLƏRDƏ MÜƏLLİMLƏRİN SAYI ARTIR

Təhsil Nazirliyinin açıqlamasına görə, bu il kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub: «Coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub».

Təhsil Nazirliyi onu da əlavə edir ki, bu il Bakıda 1, iki rayonda isə 3 məktəbin tikilib istifadəyə verilməsini nəzərdə tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG