Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Xırdalandakı partlayışda 3 nəfər ölüb [Video]


Xırdalanda partlayış: Ölən və yaralananlar var
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Xırdalanda partlayış: Ölən və yaralananlar var

-

Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı 4-mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış olub. Bir blokunun 3 mərtəbəsi çöküb.

Yazı yenilənir. Ən yeni xəbərlər yazının yuxarı hissəsində yerləşdirilir

3 ÖLÜ

Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayışda axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi yayılıb.

9 nəfər yaralı və 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. 1 nəfər isə xəstəxanada ölüb.

9 NƏFƏR DAĞINTILAR ALTINDAN ÇIXARILIB

FHN-in məlumatına görə, indiyədək 9 nəfər dağıntılar altından çıxarılıb. Məlumatda o da deyilir ki, dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

KƏMALƏDDİN HEYDƏROV HADİSƏ YERİNDƏDİR

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib.

O, vəziyyətlə tanış olduqdan sonra ərazini tərk edib. AzadlıqRadiosunun məlumatına görə, jurnalistlərin nazirə yaxınlaşmasına imkan verilməyib.

FHN rəsmilərindən biri media mənsublarına bildirib ki, uçqun altında hazırda 2 nəfər qalıb.

Onlardan birinin uşaq olduğu bildirilir. FHN rəsmisi onu da deyib ki, onların olduğu ərazidə vəziyyət təhlükəli olduğundan xilasetmə işləri ləngiyib. Həmin iki nəfərin dağıntılar altından axşam saatlarına çıxarılacağı gözlənir.

XİLASETMƏ İŞLƏRİ DAVAM EDİR

AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşı bildirir ki, xilasetmə işləri davam edir. Dağıntılar altında nə qədər insanın qalması və itkilər haqda məlumat verilmir.

Polis partlayış baş verən binanı əhatəyə alıb.

SƏHİYYƏ NAZİRLİYİ: 8 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Səhiyyə Nazirliyi Xırdalanda yaşayış binasında baş vermiş partlayışla əlaqədar rəsmi açıqlama yayıb.

Anar Qədirli
Anar Qədirli

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya ya açıqlamasında deyib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, 1 qadın Sumqayıt Mərkəzi Xəstəxanasına, 2 nəfər - ata və oğul Respublika Yanıq Mərkəzinə, 5 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb. Kliniki Tibbi Mərkəzə aparılanlardan 1-i artıq ilkin tibbi müayinələrdən sonra evə buraxılıb. 1 uşaq müalicə alınmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfərin müalicəsi isə hazırda xəstəxanada davam etdirilir. Xəstələrin vəziyyəti ağır və normaldır.

Bu vaxta kimi hadisə yerində ölən olmayıb. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

5 NƏFƏR XİLAS EDİLİB

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Buna qədər dağıntılar altından daha 4 nəfər xilas edilib.

XIRDALANDA PARTLAYIŞ OLUB

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG