Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:15

-

Rusiyanın baş naziri Dmitry Medvedev deyir ki, Qərb Rusiyanın Ukraynadakı hərəkətlərinə görə əlavə sanksiyalar qoysa, Moskva «asimmetrik» cavab verəcək, yəni Rusiyanın hava məkanını Qərb aviasiyasına bağlaya bilər.

Sentyabrın 8-də rusdilli «Vedomosti»yə müsahibəsində Medvedev deyib:

«Enerji sektoruna sanksiyalar və ya Rusiya maliyyə sektoruna gələcəkdə sanksiyalar tətbiq olunsa, buna asimmetrik cavab verməli olacağıq».

«Biz tərəfdaşlarımızla dost münasibətlərimiz olması fikrindən çıxış edirik və Rusiya səması da uçuşlara açıqdır. Ancaq bizə məhdudiyyətlər qoysalar, cavab verməli olacağıq», Medvedev əlavə edib.

Medvedevin sözlərinə görə, Rusiya hava məkanından istifadə etməyəcəyi halda, bir çox aviasiya şirkətləri iflasa uğrayar.

Avropa Birliyi Rusiyaya yeni iqtisadi sanksiyaları razılaşdırıb. Sanksiyalar sentyabrın 8-də qüvvəyə minəcək, ancaq AB liderləri bildirib ki, Moskva münaqişəni həll etmək istədiyini göstərsə, sanksiyalar təxirə salına bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG