Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:04

Xırdalanda binada partlayış olub, dağıntılar altında qalanlar var


Arxiv foto

Arxiv foto

-

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir və xilasetmə işlərinə birbaşa nəzarət edir.

Buna qədər dağıntılar altından daha 4 nəfər xilas edilib.

Hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib.

XIRDALANDA PARTLAYIŞ OLUB

Azərbaycanda binada partlayış olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG