Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:40

-

Sentyabrın 8-də Avropa Birliyinin Rusiyaya Ukrayna ərazisinə müdaxiləyə görə sanksiyaların dördüncü hissəsini qəbul edəcəyi gözlənir. AB liderləri yeni tədbirləri sentyabrın 5-də NATO-nun Uels sammiti çərçivəsində təsdiqləyib. Bu qərardan bir neçə saat öncə isə Kiyevlə rusiyayönlü yaraqlılar atəşkəsə razılaşıblar.

AB deyir ki, Moskva atəşkəsin şərtlərinə hörmət qoyub qoşunlarını çıxarsa, yeni sanksiyalar dayandırıla bilər. Rusiya Xarici İşlər Nazirliyi buna qəzəbli reaksiya verib, yeni sanksiyalar tətbiq olunarsa, «reaksiya» verəcəyini bildirib.

Moskva bundan əvvəlki ABŞ və AB sanksiyalarına Qərbdən ərzaq idxalına qadağa qoymaqla cavab verib.

Atəşkəsə baxmayaraq, sentyabrın 7-də Mariupol və Donetsk aeroportu yaxınlığında atəş səsləri eşidilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG