Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:40

Obama İslam Dövləti yaraqlılarına qarşı strategiyasını sentyabrın 10-da elan edəcək


ABŞ prezidenti Barack Obama bildirib ki, sentyabrın 10-da İslam Dövləti yaraqlılarına qarşı strategiyasını açıqlaycaq. Obama bunu sentyabrın 7-də bildirib.

İraqda isə ABŞ islamçı yaraqlıara hava zərbələrini davam etdirib.

Anbar vilıayətində Haditha su anbarını qoruyan İraq qoşunlarını islamçı yaraqlılar mühasirəyə alıb. ABŞ təyyarələrini həmin islmaçı yaraqlılara zərbələr endirir.

Tbilisidə olan ABŞ müdafiə naziri Hagel deyib ki, bu su anbarı İraq üçün çox mühüm strateji obyektdir. O, islamçıların əlinə keçsə və yaxud dağıdılsa, bunun çox böyük ziyanı olacaq".

İraqın hökumət qoşunları da əks-hücuma keçərək Anbar vilayətində Barvana şəhərciyini geri alıblar.

Bundan dərhal sonra Barvan şəhərinə gedən Anbar qubernatoiru Ahed al-Dulavi topa atəşi qəlpəsi ilə ağır yaralanıb.

XS
SM
MD
LG