Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:13

-

“Hələ 8 il əvvəl mənə təklif etdi ki, torpağımın bir hissəsini ona satım”.

Bərdə rayonu, Mirzəlıbəyli kəndinin sakini Telman Əliyev “Qaynar xətt”ə kənd bələdiyyəsinin sədrindən şikayət edib. İddia edir ki, bələdiyyə sədri İldırım Məlikov onu aldadaraq pay torpağını ələ keçirib.

"BƏLƏDİYYƏ SƏDRİ MƏNİ ALDADIB"

Şikayətçi:

“3 hektara yaxın pay torpağımdan 89 sotunu ona satmışam. Bu prosesdə bələdiyyə sədri məni aldadıb. 8 il əvvəl mənə dedi ki, torpaqdan ona ev tikmək üçün bir hissə satım. Halbuki pay torpağında tikinti qadağandır. AMəni arxayın etdi ki, sənədləri özüm düzəldəcəm, sən eləcə torpağı mənə sat, dayan kənarda. 36 sot torpağın alqı-satqısına razılaşdıq. 8 sot da pay kimi istədi, ona da razılaşdım”.

Şikayətçinin sözlərinə görə, bələdiyyə sədri 89 sot torpaq sahəsini notariusla əlaqəyə girərək saxtakarlıqla öz adına keçirib. Torpaqdan 3 nəfər üçün həyətyanı sahə olaraq 44 sot əvəzinə 89 sot ayırıb satıb. Çox çəkişmələrdən sonra ona 24 sot torpağın pulunu - 4 min manat verib. 1 il əvvəl torpaqda tikinti işləri başlanıb.

“Ev tikirdilər. Bizim sahəmizə gedən yolu daraltdılar. İndi əkin sahəsinə ağır texnika salmaq mümkün deyil. İki ildir 2 hektar torpağım susuzluqdan məhsul vermir. Bir vaxt xəbər tutdum ki, sahəyə gedən su borularını da çıxarıb satıblar”.

Telman Əliyev məhkəməyə müraciət edib. Məhkəmə onun iddialarını təmin etməyib. Telman Əliyev deyir, məhkəmələr rüşvət alaraq sənədləri saxtalaşdırıblar və məsələni bələdiyyə sədrinin xeyrinə həll ediblər.

BƏLƏDİYYƏ SƏDRİ TƏKZİB EDİR

Bələdiyyə sədri isə deyilənləri təkzib edir. İldırım Əliyevin bildirməsinə görə, 2004-cü ildə 89 sot torpaq üçün Telman Əliyevə notarial qaydada 4400 manat pul ödəyib. Telman Əliyev pulları xərcləyəndən sonra torpağı geri tələb etməyə başlayıb. Bunun üçün məhkəməyə də müraciət edib. Məhkəmə alqı-satqı sənədlərini, imzaları araşdrıdıqdan sonra iddianı təmin etməyib.

“Dəfələrlə məhkəməyə müraciət edib. Sənədlərdəki bütün imzalar ekspertizadan keçirilib və təsdiqlənib. Mən ondan torpağı alanda burada bir hektar torpaq 2 min manata satılırdı. Ancaq mən ona torpağın dəyirini ikiqat ödədim ki, halallıq olsun”.

Bələdiyyə sədri pay torpağında tikinti aparılması ilə bağlı deyiləni də təkzib edib:

“Gəlsinlər, yoxlasınlar, orada daşı daş üstə qoymuşamsa, başımla cavabdehəm”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG