Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:02

"Putinin Ukraynaya təcavüzü ABŞ və Gürcüstanı hərbi əməkdaşlığı gücləndirməkdə qəti edir". Bunu Hagel Tbiisidə deyib. ABŞ müdafiə naziri Hagel NATO-nun Uelsdəki sammitini Gürcüstanın NATO-ya qoşulmaq səylərinin əsası adlandırıb.

Hagel bildirib ki, ABŞ Krımın anneksiyasını, eləcə də Rusiyanın Gürcüstanın beynəlxalq aləmdə tanınan sərhədləri daxilində - Abxaziyada və Cənubi Osetiyada hərəkətlərini tanımır. Hagel Putinin Ukraynadakı hərəkətlərini təhlükəli və məsuliyyətsiz adlandırıb.

ABŞ və Gürcüstanın müdafiə nazirlərinin görüşündə iki ölkənin gələcək hərbi əməkdaşlığı məsələləri razılşadırılıb. Sentybarın 7-də ABŞ müdafiə naziri Hagel deyib ki, “bizim məqsədimiz bu sıx əməkdaşlığı inkişaf etdirmək və genişləndirməkdir”.

Gürcüstanın müdafiə naziri Alasania bildirib ki, Gürcüstan ABŞ-ın strateji tərəfdaşı və etibarlı müttəfiqidir.

Hagel sentyabrın 6-dan Tbilisidə rəsmi səfərdədir. O, sentyabrın 7-də Gürcüstan prezidenti və baş naziri ilə də görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG