Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:51

“Su xətləri çəkilib. Keçən il heç olmasa su damla-damla gəlirdi. Bu il o da yoxdur. Neçə aydır su üzünə həsrətik. Hara şikayət ediriksə, nəticəsiz qalır”.

Səbail rayonu Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin sakini Elxan Ələsgərli AzadlıqRadiosunun “Qaynar xətt”inə susuzluqdan şikayət edib. Aylardır ki, ərazidə susuzluq yaşanır. Tədbir görənsə yoxdur.

"SU ALMAQDAN BEZMİŞİK"

“Su maşınına pul ödəməkdən bezmişik. Şəhərin 5-10 metrliyində yaşayasan, suyu da maşınla alasan... “Azərsu”yin Səbail rayon Sukanal İdarəsinə gedib-gəlməkdən öz üzümüzün suyu qalmayıb. Nə vaxt qapısını döyürüksə, deyirlər rəis yerində yoxdur, gedib ərazilərə baş çəkməyə. Hər dəfə başqa-başqa bəhanələrlə yola salırlar bizi...”

Elxan Ələsgərlinin hər ay maşından aldığı suya görə azı 300 manat xərci çıxır. Yəni aylqı qazancının tən yarısı...

Yaşayış massivinin başqa sakini Ehtiram Hüseynovu isə narahat edən odur ki, su görməsələr də, su pulu ödəyirlər:

"ANCAQ PULA GÖRƏ QAPINI ÇIXARDIB YERƏ QOYURLAR"

“Harda görülüb ki, su quyusunu pulla alınmış su ilə doldursunlar? Ancaq biz bunu edirik. Maşınla su alıb həyətimizdə qazdırdığımız su quyusuna tökürük, istifadə edirik. Su sayğacları quyulara birləşdirildiyindən pulla aldığımız suyu işlədəndə də sayğac pul yazır. Su, kanalizasiya puluna görə qapını çıxardıb yerə qoyurlar ki, ödə. ”

Sakinlərin deməsinə görə, yaşayış massivində hər il su xətlərini dəyişirlər. Hər il asfalt qazılır, su xətləri dəyişdirilir. Su isə yoxdr ki, yoxdur:

“Hər dəfə onlar su xətlərini dəyişib gedəndən sonra pul yığıb asfalt çəkirik, küçələri düzəldirik. Növbəti il yenə həmin vəziyyəti yaşayırıq. Su vermirlər, xətləri dəyişmək adı altında pul silirlər, arada zərər bizə dəyir”.

Məsələ ilə bağlı “Azərsu ASC”-nin Səbail rayon Sukanal İdarəsindən bildiriblər ki, yaxn vaxtlarda qeyd olunan yaşayış massivinə baş çəkib sakinlərin su problemini çözəcəklər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG