Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:29

Donetsk ətrafından mütəmadi atəş səsləri eşidilir


Sentyabrın 7-də Donetsk ətrafında mütəmadi atəş səsləri eşidilir. İki günlük atəşkəsin pozulcağı narahatlığı var.

Atəş səsləri Donetsk hava limanı ərazisindən gəlir. Hava limanı hökumət qoşunlarının əlindədir, ancaq bu ərazi rusiyapərəst yaraqlıların hücumu altındadır.

Gecə hökumət qoşunlarının əlində olan liman şəhəri Mariupol ətrafından da atəş səsləri gəlirdi. Burda atəşkəsin ciddi pozulduğu bildirilir.

Şahidlər Associated Press Agentliyinə deyiblər ki. şəhərin ətarfında güclü partlayış səsləri eşidiblər.

BBC-nin məlumatına görə, artilleriya atəşini hər iki tərəf – həm hökumət qoşunları, həm də rusiyapərəst yaraqlılar açır.

Atəşkəs razılaşması sentyabrın 5-də əldə olunub.

XS
SM
MD
LG