Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55

-

"NATO sammitində Ermənistan prezidenti Serj Sarksyan da çıxış etdi. Sanki heç kəsin məsələdən xəbəri yoxdur, elə bil, Ermənistanın əraziləri işğal olunub, Azərbaycan konstruktiv olmalıdır. Riyakarlıqla, aldatmaqla öz məqsədinə çatmaq istəyir. İkitərəfli görüşlərdə də belə mövqe ortaya qoyur, eyni zamanda Azərbaycan barədə fikirlər söyləyirdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

PA rəsmisi qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan hər üç dövlətin başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirir:

“Bu halda Serj Sarkisyan məsuliyyətini hiss edib, yeni taktika seçməyə başlayıb, vəziyyəti başqa cür təqdim etmək istəyir. Erməni siyasətinin arsenalı belə nümunələrlə doludur. Yəni Serj Sarkisyan görüşləri, çıxışları zamanı tam riyakarlıqla üçüncü tərəfi aldatmaq, ona yalan məlumatlar vermək üçün lap "xameleon"a çevrilir.

...Serj Sarkisyan son vaxtlar ən mötəbər görüşlərdə belə özünü adekvat apara bilmir. Davranışının bir sıra psixi xüsusiyyətləri özünü büruzə verir. Birdən-birə coşaraq əl-qol hərəkətləri edir, hərəkətləri çərçivəyə sığmır, sifəti qəribə formaya düşür, özünü idarə edə bilmədiyi aydın müşahidə olunur. Düşünürəm ki, bu, hələ başlanğıcdır”.

N.Məmmədov bildirib ki, başqa cür də ola bilməz: “25 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal altında saxlayaraq beynəlxalq birliyə yalan məlumatlar verməklə özü də başa düşmür ki, o, Lafontenin, yaxud Krılovun təmsillərindəki obrazlara bənzəyir”.

Sentyabrın 4-5- Uelsdə keçirilən NATO sammitində yekun bəyannamədə Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Moldovanın ərazi bötövlüyünə NATO-nun dəstəyi ifadə olundu.

Azadlıq Radiosunun Erməni Xidmətinin məlumatına görə, NATO-nun bir neçə son sammitində qəbul olunan bəyannamələrdən Ermənistan narazı idi. Çünki o bəyannamələrdə ərazi bütövlüyü prinsipi dəstəklənirdi, xalqların öz müqəddəratını həll etməsinə toxunulmurdu.

Buna görə Sarkisian 2008, 2010 və 2013-cü il sammitlərinə getməyib.

Bu dəfə Sarkisian sammitə getdi, ancaq NATO sammitinin yekun bəyannaməsində yenə də xalqların öz mqəddəratını həll etməsindən heç nə deyilmədi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG