Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:58

Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin xarici işlər nazirləri Bakıya gəlir


9 sentyabr 2014-cü il tarixində Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcək.

Görüşün əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Görüşdə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbərlikləri və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Stefan Fuele və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Schmid iştirak edəcək.

XS
SM
MD
LG