Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:36

İslamçı yaraqlılar livanlı əsgərin boynunu vurub və videosunu yayıb


İslam Dövləti silahlı qruplaşması əsirlikdə olan livanlı əsgərin başını kəsib və təsvirləri sosial mediada yayıb. Bu, qrupun əsirlikdə öldürdüyü ikinci livanlı əsgərdir. İD ötən ay Livan sərhədində bir şəhərə hücum edib. Arsal şəhərinə hücumdan sonra 19 əsgər itkin düşüb.

İD mütəmadi olaraq düşmən saydığı şəxslərin başını kəsir. Bu yaxınlarda iki amerikalı jurnalist də edam olunub.

Suriya hərbi təyyarələri isə İD-nin Raqqa şəhərindəki çörək sexini bombalayıb. Suriya İnsan Hüquqları Observatoriyası 25 nəfərin öldüyünü bildirir. Qrupun məlumatına görə, hava zərbələri nəticəsindı böyük təlim düşərgəsi də vurulub.

XS
SM
MD
LG