Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Mariupolda atəş səsləri eşidilir


Ukraynanın şərqində Mariupol şəhərinin ətrafında atəş və artilleriya atəşi eşidilir. Bir gün öncə Kiyev rusiyayönlü yaraqlıları dörd aylıq döyüşlərdən sonra atəşkəsə razılaşıblar.

Mariupolda şahidlər Associated Press agentliyinə deyiblər ki, şəhərin şərq ətrafından ağır partlayış səsləri gəlir. Ukrayna əsgərləri həmin ərazidə yaraqlılara qarşı müdafiə mövqeyinə çəkilib.

Könüllü AzovBatalyonu facebook-da bildirib ki, onların mövqelərinə Grad raketlərindən ən atəş açılıb. Ancaq detallar açıqlanmayıb.

Yaraqlılar Mariupolun şərqində yeni cəbhə açıblar. Mariupol Azov dənizinin sahilində yarım milyon əhalisi olan şəhərdir.

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə “atəşkəsə sabit xarakter vermək” üçün addımları müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG