Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:37

Ruslar da, türklər də, iranlılar da mükafat qazandılar


Roy Andersson "Qızıl şir"lə, 6 sentyabr
Roy Andersson "Qızıl şir"lə, 6 sentyabr

-

Venesiya Film Festivalının qalibləri elan edildi.

Ən yaxşı film - "Göyərçin ağaca qonub varlıq haqda düşünürdü" komediya-dramına görə baş mükafat - "Qızıl şir" İsveçli rejissor Roy Andersson-a verildi. Bu, insanın hərəkətlərinə kənardan - "quş gözüylə" baxmaq cəhdidir.

Ən yaxşı rejissor - "Gümüş şir" qocaman rus rejissoru Andrey Konchalovsky-yə çatdı - "Poçtalyon Aleksey Tryapitsinin bəyaz gecələri" filminə görə. Rusiyanın ucqar kəndlərindəki həyat haqdadır. O kəndlər ki, onlarla ölkənin qalan hissəsi arasında yeganə bağ - poçtalyondir.

İranlı rejissor Rakshhan Bani-Etemad-ın "Ghesseha" (Hekayətlər) filmi ən yaxşı ssenariyə görə mükafatlandırılıb. Bu film kişilərin dominant olduğu cəmiyyətdə qadınların həyatından bəhs edir.

Türk rejissor Kaan Mujdeci-nin "Sivas" filmi isə Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülüb. Film əyalətdə yaşayan 11 yaşlı Aslanla onun Sivas adlı itindən bəhs edir. Bu, film əslində itboğuşduranlar haqda yox, zorakılığın erkən yaşda uşağın psixologiyasına təsiri haqdadır.

Festivalda "Nabat" adlı Azərbaycan filmi də mükafat uğrunda mübarizə aparırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG