Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:40

"Mənim işıqğulu, qazpulu vermək imkanım olsaydı, kirayə götürdüyüm evi sahibinə qaytarmazdım. 1-ci qrup əlil, həm də köçkünəm. Nə birinciyə, nə də ikinciyə məhəl qoyan yoxdur".

AzadlıqRadiosunun “Qaynar xətt”inə yazan Bayram Dadaşov Ağdərə rayonunun İmarət Qərvənd kəndindən məcburi köçkün düşüb və Bərdə rayonunda məskunlaşıb. 1-ci qrup əlildir. Ötən ilin dekabr ayına qədər kirayədə yaşayıb. Əvvəllər günəmuzd fəhləliklə məşğul olub. İndi səhhəti buna yol vermir. Hər yerdən qazancı kəsilən əlil kirayə pulunu ödəyə bilmədiyinə görə evi sahibinə təhvil verərək Bərdədəki şəhər stadionunun inzibati binasına sığınıb. Ancaq bu binanın da kommunal problemləri var - işıq yox, su yox, qaz yox...

"BİLMİRƏM, DƏRDİMİ KİMƏ DEYİM"

Şikayətçi:

"Binaya elektrik sayğacı quraşdırılması üçün müraciət etdim. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyindən bu barədə arayış ala bilmədim. Bilmirəm dərdimi kimə deyim... Dövlət mənə ayda 27 manatlıq limit ayırıb, qaz, su, işıq xərclərimi ödəyib. Nəyə görə mənə işıq verilməməlidir?. Burada məndən əvvəl köçkünlər məskunlaşmışdı, onların kommunal şəraitlərinə diqqət var idi, ancaq mənə çatanda hamısını yığışdırıblar".

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon üzrə nümayəndəliyindən bildiriblər ki, stadionun inzibati binasında həqiqətən də əvvəllər məcburi köçkünlər məskunlaşıb. Şəhərciklər salındıqca onlar da hissə-hissə köçürülüb. Binadan istifadə olunmadığından işıq, su verilişi də dayandırılıb. Bie gün xəbər tutublar ki, başqa ünvanda qeydiyyatda olan Bayram Dadaşov adlı köçkün binaya girib:

"Onun köçürülmüş obyektə girməsi, hələ üstəlik kommunal şərait tələb etməsi düzgün deyil".

Köçkünsə razılaşmır:

"Deyirlər, harda qeydiyyatdasan, get orda da yaşa. Axı məni havada qalmamaq üçün hansısa ünvana qeydiyyata salıblar, o ünvanı heç tanımıram".

Bayram Dadaşov "Qaçqınkom"dan kömək gözləyir. 1-ci qrup əlil üzü qışa soyuq divarlar arasında onsuz da xəstə olan canını isitmək üçün binaya elektrik enerjisi verilməsini istəyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG