Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:42

Pentaqon “Əl-Şəhab” liderinin öldürüldüyünü təsdiq edib


Pentaqonun rəhbərliyi “Əl Şəhab” silahlı islamçı qruplaşmasının lideri Ahmed Godane-nin ABŞ pilotsuz təyyarəsindən endirilmiş raket zərbəsi ilə öldürüldüyünü bildirib.

Öldürücü hava zərbəsi Somalidə ötən bazar ertəsi endirilib.

Godane Şərqi Afrika boyunca və başqa yerlərdə bir sıra basqınlar törətmiş terrorçu “Əl-Şəhab” qruplaşmasının lideri idi.

O, ötən sentyabrda Nayrobinin Westgate Mall ticarət mərkəzinə basqın üçün məsuliyyəti öz üzərinə götürmüş və aksiyanın Keniyanın və Qərbin Somalinin daxili işlərinə qarışmalarına görə qisas əməliyyatı adlandırmışdı.

Təhlilçilər bildirirlər ki, Godane-nin ölümü Somalidə qüvvələr balansını ciddi şəkildə dəyişə bilər.

Bu barədə ayrıca bəyanatında Ağ Ev bildirir ki, Godane-nin öldürülməsi kəşfiyyat, hüquq-mühafizə və hərbiyyə peşəkarlarının uzunmüddətli fəaliyyətinin nəticəsi olub.

ABŞ Dövlət Departamenti “Əl-Şəhab” qruplaşmasını 2008-ci ildə terrorçu təşkilat elan etmişdi.

Təşkilat uzun mübarizəfən sonra, 2011-ci ildə Somali ərazisindən çıxarılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG