Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:17

İran ABŞ təyyarəsini yerə endirib


İran göyərtəsində Amerikanın hərbi podratçıları olan və Əfqanıstandan Dubaya uçan təyyarəsini enməyə məcbur edib.

Amerika rəsmiləri bildiriblər ki, təyyarənin endirilməsi “bürokratik məsələlərlə” bağlı baş verib.

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf təyyarənin guya İran qırıcılarının vasitəsilə endirildiyi barədə yayılan xəbərləri təkzib edib.

ABŞ kontingentindən kiminsə təyyarədən endirilib həbs olunmasına dair heç bir informasiya yoxdur.

Bu xəbəri ilk dəfə yayan “Washington Post” qəzeti bildirib ki, təyyarənin endirilməsi onun ilkin uçuş kursunu dəyişməsi ilə bağlı olub. İranın hava nəqliyyatı dispetçerləri təyyarəyə Əfqanıstana qayıtmaq əmri versələr də, onun baklarlnda kifayət qədər yanacaq olmayıb.

Dövlət Departamenti bildirib ki, ötən cümə günü təyyarəyə Bəndər-Abbasdan qalxaraq uçuşunu davam etdirmək icazəsi verilib.

“The Fly Dubai” ABŞ qeyri-hökumət çarter təyyarəsi bir müddət sonra mənzilinə, yəni Dubay hava limanına enib.

Dövlət Departamenti uçuşun təhlükəsiz şəkildə başa çatmasında rolu olmuş bütün tərəflərə minnətdarlığını bildirib.

Mətbuat xəbər verir ki, Amerika təyyarələri regiondakı uçuşlarını adətən İran hava məkanından yan keçməklə yerinə yetirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG