Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:27

“Bağa girəndə gördüyüm mənzərə məni şoka saldı. Bağ sahəmi əməlli-başlı “silib-süpürmüşdülər”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə danışan Bakı sakini Ağaverdi Ağaverdiyevin sözlərinə görə, 1 ay əvvəl Kürdəxanıdakı Ləhiş bağ massivində yerləşən bağ sahəsinə gələn oğrular bağda bir ovuc torpaq qoymayıblar. Hamısını maşınlara yükləyib aparıblar. Şikayət də bundandır ki, polis cinayətinin üstünü açmır.

"POLİS İSTƏSƏ OĞRUNU BİR GÜNƏ TAPAR"

“Mənim bağ sahımdəki torpaq tikintidə istifadə üçün yararlı idi. Bunu kim edibsə, yaxınlıqda tikinti aparan birisidir. Uzaqdan gəlib edə bilməzdilər, çünki yolda ilişə bilərdilər. Polis elə yaxınlıqda araşdırma aparsa, oğrunu bir günün içində tapar”.

Şikayətçinin hesablamasına görə, bağdan azı 300 maşın torpaq aparılıb. Bunu kim edibsə, onun uzunmüddətli ezamiyyətdə olduğunu bilənlərdən olub. İş orasındadır ki, oğru təkcə torpaqla kifayətlənməyib, bağdakı ağaclara da “əl gəzdirib”.

Şikayətçi:

“50-yə yaxın - əncir, püstə, badam ağacı vardı, hamısını aparıblar. su quyusunu dağıdıblar”.

Ağaverdi Ağaverdiyev polisə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət edib. Hadisə yerinin müayinəsi aparılıb və fakt sənədləşdirilib. Ancaq hadisəni törədənlər hələ də müəyyən edilməyib.

Hüquqşünas Namizəd Səfərov şikayətçiyə məsləhət görür ki, cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərardan məhkəməyə şikayət versin.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG