Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:16

Müdafiə Nazirliyi bir azərbaycanlının girov götürüldüyünü təsdiqlədi


-

Azərbaycan Müdafiə Nazirliyi Cavid Məmmədovun cəbhə xəttində girov götürülməsi faktını araşdırır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı apa-ya açıqlamasında bildirib ki, belə bir fakt var:

«Belə bir fakt var, hazırda müvafiq araşdırma aparılır».

Ermənistan mətbuatı tanınmamış «Dağlıq Qarabağ Respublikası»nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Verin Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb.

Ermənistan mətbuatı həmçinin C.Məmmədovun saxlanılması barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyini də qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG