Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

«Oazis» restoranında davadan sonra 3 nəfər saxlanıb


-

Bir neçə gün əvvəl Bakıda yerləşən «Oazis» restoranında baş verən dava ilə bağlı 3 şəxs saxlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu bildirir ki, sentyabrın 2-də «Oazis»də müştərilərlə restoran işçiləri arasında münaqişə yaranıb və bir neçə nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanları müştəri Ravid Abdullayevin, restoranda mühafizəçi işləyən Camal Məmmədovun və ofisiant Kənan Adıgözəlovun cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunduğunu bildirir.

Məlumatda deyilir ki, insidentlə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan videogörüntülər cinayət işinin materiallarına əlavə olunub.

4 gün əvvəl «Oazis»də hazırda aldığı xəsarətlərdən xəstəxanada müalicə alan Zaur Əsgərov dostları və ailəsiylə restoranda 3 yaşlı övladına ad günü keçirirmiş. Onlarla restoran işçiləri arasında mübahisə yaranıb və bu mübahisə sonradan dava-dalaşa keçib. Hər iki tərəf mübahisəni yaratmaqda və davanı başlamaqda bir-birini ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG