Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:48

ABŞ müdafiə naziri Gürcüstana gəlir


Chuck Hagel
Chuck Hagel

-

ABŞ müdafiə naziri Chuck Hagel sentyabrın 6-da Gürcüstana gedir.

NATO-nun Böyük Britaniyada keçirilən sammitindən sonra Hagel Tbilisiyə yollanır.

Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, Hagel ölkə rəsmiləri ilə İŞİD-ə qarşı mübarizədə onların verə biləcəkləri köməyi müzakirə edəcək.

Gürcüstan müdafiə naziri Irakli Alasania «Reuters»ə bildirib ki, Hagel-in səfəri ABŞ-ın Gürcüstana dəstəyini nümayiş etdirir:

«Biz böyük səbirsizliklə ABŞ müdafiə nazirinin Gürcüstana səfərini gözləyirik. Hər şeydən əvvəl bu, ABŞ-ın Gürcüstanın arxasında durduğunun nümayişi və əminliyidir. Döyüşlərdə çiyin-çiyinə vuruşan bizim əsgərlərimiz arasında böyük inam var və yüksəksəviyyəli səfər də bunu göstərir».

Alasania həm də bu səfərin ABŞ-la müdafiə sahəsində əlaqələrin dərinləşəcəyinə səbəb olacağını gözləyir. O, Ukrayna rəhbərliyi ilə rusiyameylli separatçılar arasında bağlanan razılaşmaya da münasibətini bildirib:

«Hamımız razıyıq ki, atəşkəsə ehtiyac var. Əlbəttə, bizim Rusiya ilə atəşkəsə etibar etməklə bağlı kiçicik təcrübəmiz var. Rusiya 2008-ci il müharibəsindən sonra Avropa Birliyi və Gürcüstanla atəşkəs imzalayandan sonra da bunu pozmağa meyllidir. Atəşkəslə bağlı razılaşma hələ də yerinə yetirilməyib və Rusiya Gürcüstanın 20 faiz torpağını işğal altında saxlayır».

XS
SM
MD
LG