Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

Rusiya Estoniya zabitini müəmmalı şəraitdə həbs edib


Rusiyanın Federal Təhlükəzilik Xidməti Estoniyanın təhlükəsizlik zabitini həbs etdiyini xəbər verib.

Moskva Estoniya zabitinin Rusiya ərazisində həbs olunduğunu bildirsə də, Estoniya tərəfi israr edir ki, təhlükəsizlik xidmətinin zabiti Estoniya ərazisində oğurlanıb.

Rusiyanın Tallinndəki səfiri Yuri Merzlyakov izahat üçün Estoniyanın Xarixci İşlər Nazirliyinə çağırılıb.

Estoniya bildirir ki, zabit Estoniya ərazisində saxlanaraq silah təhdidi ilə Rusiyaya aparılıb.

Estoniya Xarici İşlər Nazirliyi hadisəni “son dərəcə narahatedici insident” adlandlırıb.

Tallinndən verilən xəbərlərdə deyilir ki, hadisə səhər saat 9 radələrində baş verib və bundan bir qədər əvvəl Estoniya sərhəd postunun və polisinin radioəlaqə siqnalları boğulub.

Estoniya baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırıb.

Müşahidəçilər diqqəti belə bir mıəqama çəkirlər ki, bu hadisə prezident Barack Obaman-ın Tallinndə etdiyi çıxışından iki gün sonra baş verir.

Həmin çıxışında ABŞ prezidenti Estoniyanın hər hansı xarici təcavüzdən qorunacağını vəd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG