Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:56

Mariupolda ağır döyüşlər gedir


Foto arxi
Foto arxi

Rusiya ordusu Ukraynanın Mariupol şəhərinə hücumu bərpa edib.

Bu barədə Ukrayna Milli Təhlükəsialik və Müdafiə Şurasının nümayəndəsi Andriy Lysenko xəbər verir.

O hazırda Şirokino kəndi ətrafında ağır döyülər getdiyini və Ukrayna ordusunun əlavə kömək aldığını deyir.

İnterfaks akentliyi isə bu arada qondarma Donetsk Xalq Respublikasının nümayəndəsinə istinadla xəbər verir ki, artıq separatçıların ilk qrupu şəhərə daxil olub.

Amma bu məlumat hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Ukrayna mətbuatı isə şəhərdə 2 uşaq və 1 sakinin öldüyünü yazır.

Andriy Lysenkonun sözlərinə görə şəhər uğrunda gedən son döyüşlərdə 7 Ukrayna hərbçisi ölüb, 59-u usə yaralanıb.

XS
SM
MD
LG