Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

Azərbaycanlı fəal Mehdi Deyhəmi həbs edilib


Foto arxiv
Foto arxiv

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Mehdi Deyhəminin həbs edildiyi bildirilir.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyi Şərqi Azərbaycan əyalətinin şöbəsi onu sentyabrın 1-də Mələkan şəhərində tutub və hazırda polis bölməsindəki təkadamlıq kamerada saxlanılır.

Azərbaycanlı fəalın konkret nədə ittiham edildiyi açıqlanmır.

Mehdi Deyhəmi milli zəmində apardığı dinc mübarizə və Urmiya gölünün qurumasına qarşı etiraz olaraq keçirilən toplantılara qatıldığına görə bundan əvvəl də bir neçə dəfə həbs edilib, girov qarşılığında azadlığa buraxılıb.

XS
SM
MD
LG