Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:03

Bakı Kitab Klubundan iki yeni kitab gəldi.

-

Bakı Kitab Klubundan iki yeni kitab gəldi.

Əbu Əli İbn Sina. Böyük loğman. Tərcümeyi-hal

Yazıçı-publisist Valery Voskoboynikov-un 1972-ci ildə yazılmış və bestsellərə çevrilmiş bu kitabı UNESCO-nun qərarı ilə İbn Sinanın 1000 illiyi ərəfəsində bir çox dünya dillərinə tərcümə edilib.

Müəllif Böyük Loğmanın həyatı yolu ilə birgə onun yaşadığı zəmanənin də – Orta Asiyada İslamın ən təzadlı tarixi inkişaf mərhələsində (950-1050-ci illər) saray əhli və adi insanların həyat şəraitini də çox gözəl işıqlandırıb.

«Ağ diş»

Jack London-un bu povesti yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir.

Cek London bu əsəri ilə demək istəyir ki, əslində heyvanla insan arasında fərq yoxdur. Yəni heyvan da insan kimi şüura sahibdir, düşünür və hər bir hissi duya bilir.

Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir.

Tərcümə edəni Kamran Nəzirli

Günün bütün mövzuları

XS
SM
MD
LG