Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

-

Pakistanın şimal-şərqi Punjab və Azad Kaşmir vilayətlərində leysan yağışlarda onlarla adam ölüb.

Rəsmilər bildirir ki, ötən 24 saat ərzində 35 nəfər dünyasını dəyişib. Ancaq bir gün öncə azı 50 nəfərin ölməsi barədə məlumat verilmişdi.

Ravalpindi şəhərində rəsmilər çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edib və daşqın gözlənən ərazilərdən sakinləri köçürməyə başlayıb.

Son dörd ildə musson yağışları Pakistana ciddi ziyan vurub. 2010-cu ildəki daşqınlarda 1.800 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG