Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:04

Mariupol atəşə tutulub


-

Sentyabrın 5-də Ukraynanın Mariupol şəhəri artilleriya atəşinə tutulub. Hökumət qüvvələri gecə bir neçə dəfə atəşə məruz qaldıqlarını bildiriblər.

ATƏT müşahidəçiləri isə sentyabrın 4-də şəhərin şərq tərəfində iki kəndin ağır atəşə tutulduğunu deyir.

Azov dənizi sahilində yerləşən Mariupol Ukraynanın şərqində beş aylıq münaqişə dövründə ən qaynar nöqtəyə çevrilib.

Rusiya agentlikləri gecə Donetskdə də atışma olduğunu yazır.

Bu gün Minskdə atəşkəs sazişinin əldə olunacağı gözlənir.

XS
SM
MD
LG